AQTİ mütəxəssisləri işə dəvət edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri üzrə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Foodinfo.az-ın məlumatına görə, işə qəbul üçün Bakıda yaşayan, müvafiq sahədə 2 il iş təcrübəsinə malik olan, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, bitki mühafizəsi, baytarlıq və zootexniklik ixtisasları üzrə təhsil almış şəxslər müraciət edə bilərlər.

Namizədlərdən özləri barədə məlumatlara dair anket formasını (CV) 2023-cü il 10 fevral tarixinədək ceyhun.ehmedov@afsa.gov.az elektron poçt ünvanına göndərmək xahiş olunur.