Şirniyyat və ağ çörəkdən tamam imtina etməlisiz

Elə xəstəliklər var ki, həyat tərzinə dəyişiklik etməsəz, heç bir müalicənin effekti yoxdur.
Foodinfo.az xəbər verir ki, məşhur fitoterapevt Füzuli Hüseynov açıqlamasında bunu deyib.
“Diabet, qaraciyər və böyrək daşı xəstəlikləri olanlar rasiondan şirniyyat, konfet, ağ undan çörək məmulatlarını tamamilə çıxarmalıdır. Bunları yeyirlərsə, müalicənin effekti olmur.
Çünki bu qidalar qanda şəkəri artırır, qaraciyəri piyləndirir,
metobolizmanı pozur. Bu xəstələr hər gün 1-2 saat gəzməli, fiziki aktiv olmalı, böyrəyində daş, qum olanlar qaçış, futbolla məşğul ola bilər.
Şəkərin dərmanlarından biri də gəzməkdir”.