2023-cü ilin ilk ayında uşaqlara verilən adlar açıqlanıb.
Ədliyyə Nazirliyindən (ƏN) bildirilib ki, cari ildə oğlanlara ən çox Uğur, qızlara isə Zeynəb adı verilib.
Oğlanlara verilən adların ilk onluğu aşağıdakı kimidir:
Uğur – 36;
Yusif – 28;
Əli – 23;
Ömər – 22;
Hüseyn – 22;
Adəm – 17;
Raul – 16;
Ayxan – 16;
Tuncay – 14;
Murad – 13.
Qızlara verilən adların ilk onluğu isə aşağıdakı kimidir:
Zeynəb – 29
Mələk – 26
Ayla – 23
Zəhra – 23
Aylin – 19
Nilay – 18
İnci – 17
Mədinə – 16
Məryəm – 15
Nuray – 14.