AQTİ Naxçıvan MR-da fəaliyyət göstərəcək laboratoriya üçün vakant vəzifələr üzrə müsabiqə elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.

Foodinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərəcək AQTİ laboratoriyasına entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis və kimyaçı vakansiyaları üzrə kadrlara ehtiyac var.

Müvafiq ixtisasa sahib, Naxçıvan MR-da yaşayan, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.

İşə qəbul müsahibə əsasında aparılacaq. Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini mövzu yerinə “AQTİ – Naxçıvan” yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilib müsahibəyə dəvət olunacaqlar.