Səhiyyə naziri: Azərbaycanda dərman qıtlığı yoxdur

Hazırda Azərbaycanda kəskin dərman qıtlığı yoxdur.

Foodinfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, dünyada baş verən müharibələr nəticəsində ənənəvi logistik zəncirlərin qırılması dərman istehsalında xammalın, dərman ləvazimatlarının nisbətən azalmasına gətirib çıxarıb.

“Buna baxmayaraq, ölkəmizdə dərman qiymətlərinə nəzarət olunur”, – Teymur Musayev vurğulayıb.