AQTA əməkdaşları “İdxal nəzarəti” mövzusunda keçirilən təlimdə iştirak ediblər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “AZ 17 ENI AG 01 20: Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində təşkil olunan növbəti təlimdə iştirak ediblər.

Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, “İdxal nəzarəti” mövzusunda keçirilən təlimdə Litva Respublikasından olan mütəxəssislər tərəfindən sərhəd idxal nəzarətinə və bitki sağlamlığı ilə bağlı idxal nəzarəti qanunvericiliyinə dair təqdimatlar edilib.

İnteraktiv formada təşkil olunan təlim zamanı AQTA əməkdaşlarının fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Təlim iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.