18 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

13 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 26 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 10, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.