Mütəxəssis rəyi olmadan, uşaqlara vitamin verməyin

Uşaqlar gündə 4 dəfə qidalanmalıdır. Onlar ilk səhər yeməyini 7:30-da yeməlidir.

Foodinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsinə canlı yayım zamanı nazirliyin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib.

“Menyuda xüsusən isti yeməklər, sıyıq, yumurta və meyvə olmalıdır. Valideynlər düşünür ki, əlavə vitaminlər uşaqların sağlamlığı üçün yaxşıdır. Lakin bu fikir düzgün deyil. Mütəxəssis rəyi olmadan, uşaqlara vitamin vermək olmaz.

Hətta bəzən valideynlər bir-birinə uşağa vitamin verməyi tövsiyə edirlər. Bu, uşaqlara xeyirdən çox ziyan vura bilər. Onlar düşünməlidir ki, vitaminlərin tərkibi də kimyəvidir, uşağa necə təsir edəcəyi bəlli deyil. Uşaqların menyusunda əsas meyvə-tərəvəzdən istifadəyə üstünlük verməkdir”.