AQTA əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, Milli Monitorinq Planı çərçivəsində Agentliyin Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Quba və Qusar rayonlarında yerləşən alma bağlarında aparılan fitosanitar müşahidələr zamanı karantin tətbiq edilən bəzi zərərli orqanizm növlərinə rast gəlinib. Simptomlu bitki hissələrindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratosiyasında müayinələrə cəlb olunub. Bununla yanaşı, tumlu və çəyirdəkli meyvə bağlarında şaftalı meyvəyeyəninin (Carposina niponensis), Aralıq dənizi meyvə milçəyinin (Ceratitis capitata) və qərb çiçək tripsinin (Frankliniella occidentalis) mövcudluğunu müəyyənləşdirmək üçün feromon tələlər asılıb. Müvafiq müddətdən sonra feromon tələlərə təkrar baxış keçirilən zaman bağda və ona yaxın ərazilərdə qeyd olunan zərərvericilərin mövcud olmadığı müəyyən edilib.

Monitorinqlər zamanı təsərrüfat sahiblərinə meyvə bağlarının əsas zərərvericiləri, onlara qarşı mübarizə üsulları və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı məlumatlar verilib