İstehlaka yararsız qida məhsulları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində həyata keçirilən yoxlamalar zamanı qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görür.

Foodinfo.az-ın məlumatına görə, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Ulu Gida Group” MMC-yə məxsus ümumi çəkisi 52 kq “Aly Yufka” əmtəə nişanlı xəmir məhsulu və 40.2 kq mayonez və ənginar məhsulu, “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 580 kq dəniz məhsulu və alkoqolsuz içkilər, “Pribaltika” MMC-yə məxsus ümumi çəkisi 1360 kq ət və süd məhsulları, “Merano-Baku” MMC-yə məxsus ümumi çəkisi 3630 kq müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.