İşlənmiş batareyaları necə zərərsizləşdirməli? – “Araz” supermarketdən reportaj

“Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondunun “Batareyaları təhvil ver, təbiəti qoru” təşəbbüsünə qoşuldu

Bu yaxınlarda çalışdığım Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsinin maraqlı bir ekoloji təşəbbüsə qoşulduğunu öyrəndim: işlənmiş batareyaların mağazalarda xüsusi qutularda toplanılması və sonra xüsusi qaydada məhv edilməsi haqqında!

https://www.youtube.com/watch?v=NEHvBv_Lz0Y

Düzünü deyim ki, indiyə kimi işlənmiş batareyaların təsiri və onların məhvi yolları barədə geniş məlumatım yox idi və ölkəmizdə bu problem ilə bağlı təşəbbüslərin həyata keçirilməsi barədə xəbərdar deyildim. “Araz”da bu qutuları görüb, bu mövzunu araşdırdım və öyrəndim ki, istifadəyə yararsız və ya işlənmiş batareyalar insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradır. Əgər batareyalar atılmasa, zəhərli maddələr insan orqanizminə daxil olaraq, müxtəlif xəstəliklər yarada bilir.

https://www.youtube.com/watch?v=BDGCV2o16PU

İşlənmiş batareyalar özündə zərərli maddələri saxlayır və onlar ümumi tullantılarla birgə atılarsa, batareyaların tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyə bilər. Bu da həm onların həyatına təhlükə yaradır, həm də bitki örtüyünü məhv edir.

https://www.youtube.com/watch?v=OXoZS52lito

Hazırda “Araz” və “Spar” marketlərin Bakı və Sumqayıtdakı 19 filialında batareya qutuları yerləşdirilib. Siz də bu təşəbbüsə qoşularaq insanların və təbiətin qayğısına qala bilərsiniz.

Aşağıda işlənmiş batareyaların tullanılması üçün nəzərdə tutulmuş qutuların yerləşdiyi marketlərin ünvanlarını nəzərinizə çatdırıram:

Araz superstor

Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi 18A

(Sabunçu xəstəxanasının yaxınlığı)

Araz superstor

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev 56 D

(“Qartal” heykəlinin yaxınlığı)

Araz superstor

Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi 5 K

(“Şüşəli” bazarın yaxınlığı)

Araz superstor

Yasamal rayonu, H.Cavid prospekti 17 (“Space” TV ilə üzbəüz)

Araz supermarket

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novruz küçəsi 1

(“Ülvi” şadlıq sarayı ilə üzbəüz)

 

Araz superstor

Sumqayıt şəhəri 9-cu mkr., Ü.Hacıbəyli küçəsi 23 C

(“Şərq” bazarının yaxınlığı)

Araz superstor

Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2

(“20 Yanvar” metrostansiyasının yaxınlığı)

Araz superstor

Nərimanov rayonu, M.Qaşqay küçəsi, 917-ci məhəllə

(Neftçi İdman Sağlamlıq Mərkəzinin yaxınlığı)

Araz supermarket

Nərimanov rayonu, S.Rəhman küçəsi 41

(47 saylı orta məktəbin yaxınlığı)

Spar supermarket

Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, məhəllə 758

(“Koroğlu” parkının yaxınlığı)

Spar supermarket

Nəsimi rayonu, Cavadxan küçəsi, 3 mkr., 3005-ci məhəllə

(3-cü mkr. dairəsinin yaxınlığı)

Araz minimarket

Xətai rayonu, Babək prospekti 10 D

(“Babək plaza”nın yaxınlığı)

Araz superstor

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi

(Masazır dairəsinin yaxınlığı)

Araz supermarket

Yasamal rayonu, İnşaatçılar prospekti 31

(Dövlət Statistika Komitəsinin yaxınlığı)

Araz supermarket

Nəsimi rayonu, Mərdanov qardaşları 137

(“Olimpik star”ın yaxınlığı)

Araz supermarket

Xətai rayonu, Zığ şossesi 8

(“Nargilə” kafesinin yaxınlığı)

Araz superstor

Nəsimi rayonu, Azadlıq prospekti 103

(ABŞ səfirliyinin yaxınlığı)

Araz ekspress

Nizami rayonu, R.Rüstəmov küçəsi 12 C

(“Neftçilər” metrostansiyasının yaxınlığı)

Araz minimarket

Nizami rayonu, Babək prospekti 64

(Sərhədçi İdman Olimpiya Mərkəzinin yaxınlığı)

Səidə Məmmədli

Veysəloğlu Şirkətlər Qrupu