Ağartı məhsulları bahalaşıb

Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.

Foodinfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib.

Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.

Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxlanılıb. Bildirilib ki, qiymət artımının bir neçə səbəbi var. Bildirilir ki, xüsusən də pandemiyadan sonra xammalın qiyməti artıb. Həmçinin ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir.