Məşhur həkimdən SOS: “Meymunçiçəyi özünü qəribə aparır”

Məşhur həkim və teleaparıcı Aleksandr Myasnikovun sözlərinə görə, meymunçiçəyi virusuna yoluxan xəstələrdə qeyri-adi əlamətlər aşkar olub.

Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, həkim meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı vəziyyəti şərh edib.

“Bu xəstəlik çoxdan məlumdur, lakin virus indi qəribə davranır… Çiçək xəstəliyi belə davranmamalıdır”, – Myasnikov bildirib.

O, etiraf edib ki, hazırkı epidemiya ilə bağlı ekspertlər hər şeyi bilmir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus meymunçiçəyi xəstəliyinin beynəlxalq narahatlıq doğuran tibbi fövqəladə vəziyyəti elan edib.