Elektron siqaretlərlə bağlı əhaliyə xəbərdarlıq edildi

Gürcüstanın Milli Xəstəliklərə Nəzarət Mərkəzi elektron siqaretlərlə bağlı əhaliyə xəbərdarlıq edib.

Foodinfo.az-ın xəbərinə görə, qurumdan bildirilib ki, elektron siqaretlər insanlara siqareti atmağa kömək etmir və digər tütün məhsulları kimi sağlamlığa zərərlidir.

Qonşu ölkənin Milli Epidemiologiya və Əhali Sağlamlığı Mərkəzinin apardığı araşdırmaların nəticələrini də açıqlayıb.

Bildirilib ki, elektron siqaret çəkmək ağciyərlərin zədələnməsi, ürək-damar xəstəlikləri, xərçəng və digər xəstəliklərin riskini artırır:

“Elektron siqaretdən istifadə xüsusilə yeniyetmələr arasında bağıllıq yaradır. Bir çox hallarda yeni tütün məmulatının istifadəçisi eyni vaxtda siqaret çəkir ki, bu da sağlamlıq üçün ikiqat təhlükə yaradır. Elektron siqaret istifadəçiləri ənənəvi tütün istifadəçilərindən üç dəfə çox çəkirlər”.

Mərkəzdən bildirilib ki, “öz sağlamlığınızın və ətrafınızdakıların qayğısına qalın, heç bir tütün məmulatına yox deyin”, – məlumatda ayrıca bildirilib.