Orta yaşlı insan nə yeməlidir?

Diyetoloq, Samara Elmi-Tədqiqat Dietologiya və Pəhriz Terapiyası İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Qinzburq ömrü uzadan bir məhsulu açıqlayıb.

Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, söhbət soya pendirli tofudan gedir. Həkim izah eib ki, bu məhsul çox faydalıdır, birincisi, o, çox keyfiyyətli zülaldır, ikincisi, bu zülal öz amin turşusu tərkibinə görə heyvani zülaldan fərqlənir.

“Xüsusən də ömrün ikinci yarısında rasionda daha az heyvan mənşəli və daha çox tərəvəz məhsullarına yer verin. Bu baxımdan deyə bilərik ki, tofu yaşa bağlı xəstəliklərin qarşısını alır, xolesterin mübadiləsinin normallaşmasına kömək edir, aterosklerozun inkişafını ləngidir və ömrü uzadır”, – Qinzburq vurğulayıb.

Eksper həmçinin qeyd edib ki, tofunun tərkibindəki izoflavonlar menopozun təzahürlərini azaltmağa və qadın hormonal metabolizmasını uyğunlaşdırmağa qadirdir.

Həkimin sözlərinə görə, fıstıq yağı, paxla, soya südü və tofu pis xolesterol səviyyəsini aşağı sala bilən, ürək xəstəliyi və insult riskini azaldan sağlam yağlar ehtiva edir.