Qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması istiqamətində reydlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Goranboy rayonunda keçirilmiş reydlər zamanı fiziki şəxslər Səfərov Cəlil Məcid oğluna, Məmmədov Müzəffər Elxan oğluna, Orucov Samir Fazil oğluna, Məmmədov Zabil Fikrət oğluna, Dəmirov Bəhman Qanboy oğluna, Rəhimov Nizami Mayıl oğluna, Məmmədov Yalçın Fərman oğluna, Qurbanov Arif Şəmsəddin oğluna, Qurbanov İltifas Əvəz oğluna, Xavəri Hatəmxan Abbas oğluna, Əhmədov Sədrəddin Nürəddin oğluna, Rzayev İlham Faxrəddin oğluna, Əmiraslanov Zaur Səhrab oğluna, İsgəndərov Natiq Əsgər oğluna, Əliyev Kamil Kəniş oğluna, Yaqubov Ramil Elman oğluna, Muradov Murad Nizami oğluna məxsus məntəqələrdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Məntəqə sahiblərinə qanunvericiliyin tələbləri izah edilib və icrası məcburi göstərişlər verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.