Mənşəyi məlum olmayan içki və yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, Agentliyin əməkdaşları tərəfindən Şəmkir rayonu, Keçili kəndində fəaliyyət göstərən, fiziki şəxs Ələsgərov Elçin Ənvər oğluna məxsus ərzaq satışı mağazasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, mağazada 10 ədəd 1 litrlik, 2 ədəd 0,7 litrlik mənşəyi məlum olmayan, saxtalaşdırılmış “Organic Line” əmtəə nişanlı spirtli içki və ümumi çəkisi 109 kq 43 adda, müxtəlif çeşiddə yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, istehlaka yararsız məhsulların satışdan kənarlaşdırılması barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.