Bu meyvə sizi öldürə bilər

İmmunoloq və allerqoloq Marina Apletayeva insanlarda ən çox allergiyaya səbəb olan məhsullardan danışıb.

Foodinfo.az xəbər verir ki, həkim bu barədə “Komsomolskaya Pravda” radiosuna müsahibəsində danışıb. Ekspertin fikrincə, portağal və naringi kimi sitrus meyvələri klassik allergenlərin birinci qrupuna aiddir, manqo kimi ekzotik meyvələr isə Quincke ödeminə, hətta ölümə səbəb ola bilər.

Bundan əlavə, badımcan, bolqar bibəri, pomidor, eləcə də heyvan zülalları, xüsusilə toyuq yumurtası güclü allergik məhsullar siyahısına daxildir.

Süd də çox vaxt allergiyaya səbəb olur. Süddən fərqli olaraq kefir və kəsmik allergiya əmələ gətirmir. Bundan əlavə, dəniz məhsulları, qoz-fındıq, badam və ya kokos südü allergiya xəstələri üçün təhlükəlidir”, – Apletayeva yekunlaşdırıb.