Arıqlamağa mane olan məhsullar

Diyetoloq Aleksey Kovalkov süd məhsullarının köklüyə və şişkinliyə səbəb olduğunu bildirib.

Foodinfo.az xəbər verir ki, həkim bu barədə “Gazeta.Ru” ya danışıb. Onun sözlərinə görə, süd və fermentləşdirilmiş süd məhsullarından sui-istifadə çəkinin artmasına səbəb ola bilər.

“Süd məhsullarında, xüsusən də kəsmik və ya pendirdə çoxlu miqdarda kazein var. Bu, hüceyrələrarası mayeni saxlayan bir proteindir. O, qana daxil olmur və hüceyrələrarası boşluqda toplanır”, – deyə izahat verib.

Həkim onu ​​da əlavə edib ki, süd məhsullarından sui-istifadə şişkinliyə səbəb ola bilər. O, bu səbəbdən oynaqların işinin pozulacağını qeyd edib. Mütəxəssisin sözlərinə görə, kəskin çəki artımından şikayət edən xəstələrdə süd məhsullarının istifadəsi nəticəsində orqanizmdə ödem yarandığı aşkar edilib. Ancaq bu vəziyyət sidikqovucu dərman və vasitələrlə aradan qaldırıla bilməz.