Arıqlamaq üçün üç əsas vitamin

“D, B və C vitaminləri arıqlama zamanı mühüm rol oynayır” .

Foodinfo.az “İzvestiya”ya istinadla xəbər verir ki, bun terapevt, dietoloq Yelena Tixomirova deyib.

Onun sözlərinə görə, bütün vitaminlər orqanizmin normal fəaliyyəti üçün lazımdır, lakin onlardan üçü arıqlamağa gəldikdə xüsusilə aktualdır:

“Vitamin D metabolik proseslərin intensivliyini tənzimləyən kişi və qadın cinsi hormonlarının sintezində iştirak edir. Aşağı D vitamini iştahı artırarkən aktivliyin, əhvalın və libidonun azalmasına səbəb ola bilər.

B vitaminləri yağ oksidləşməsinin katalizatorlarıdır, məşq zamanı yağ yandırma prosesini sürətləndirirlər. Bu vitaminlər orqanizmdə yığılmadığı üçün gündəlik istehlak edilməlidir.

Vitamin C bədəndə kollagen sintezi funksiyasını yerinə yetirir, bu da kilo verməyə kömək edir. Ən vacib antioksidantlardan biridir. Vitamin gündəlik qidada olmalıdır”.

Daha əvvəl diyetoloq İrina Pisareva pəhrizləri qısamüddətli təsirə görə faydasız adlandırıb və yemək davranışını dəyişməyə çağırıb.