Azərbaycandan BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və İsrailə yumurta ixrac olunacaq

Azərbaycanda süfrə yumurtası üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir, hətta artıq BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və İsrail kimi ölkələrə yumurta ixrac etmək üçün razılıq əldə olunub.

Foodinfo.az Marja-ya istinadən xəbər verir ki, bunu Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.

Quş ətinə olan tələbat da əsasən yerli istehsal hesabına təmin edilir.