Çox gilas yemək təhlükəlidir

Həddən artıq çox gilas orqanizmə zərərlidir.
 Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, həkim dietoloq Elena Solomatina kimlərə gilasın zərərli olduğunu açıqlayıb.
Bir dəfəyə 200 qramdan artıq gilas yemək mədə pozulması, allergiya və diabetin kəskinləşməsinə səbəb olur.
Gilasda olan çox miqdar şəkər və lif meteorizm, diareya, qıcqırmaya gətirib çıxarır. Şəkər xəstələri gilas yeyəndən sonra ehtiyatlı olsun, çünki şəkəri qəfil yüksəldir. Eləcə də gilas ciddi allergendir.
“İnsulin dirənci, diabeti olanlar, mədə problemi yaşayanlar, artıq çəkili insanlar gilasdan uzaq durmalıdır. Gilası hər gün yemək olar, amma sağlam insan bir ovucdan artıq yeməməlidir. Gilas insulinə təsir edir. Şəkər xəstələri bu giləmeyvədən cəmi 3-5 ədəd yeyə bilər”.