AQTA Şəmkirdə dönərdən zəhərlənmə ehtimalı ilə bağlı məsələni araşdırmağa başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkirdə qida zəhərlənməsi şübhəsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Foodinfo.az-ın məlumatına görə, AQTA-dan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Şəmkirdə 4 nəfərin vəziyyəti pisləşib, onların dönərdən zəhərlənməsi ehtimal olunur.