Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Foodinfo.az-ln məlumatına görə, Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində aparılan reydlər zamanı fiziki şəxslər Paşayeva Ofilə Əli qızına, Bəbişzadə Tacir Qulu oğluna, Alıyev Nofəl Qələndər oğluna, Əsgərov Səttar Ələsgər oğluna, Səmədov Əli Rəhbər oğluna, Əliyev Qədir Nahid oğluna, Alıyev Asif Qələndər oğluna, Hacıyev Baratəli Böyükxan oğluna, Əhmədov Natiq Eldar oğluna, Abdullayev İsmayıl Abdull oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları üçün zəruri məlumatlar verilib. 2 məntəqə sahibi barəsində inzibati cərimə sanksiyası tətbiq edilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.