Axşam yeməyindən imtina etmək ziyanlı imiş…

Axşam yeməyindən imtina edənlərin sayı kifayət qədərdir. Buna ən çox pəhriz saxlayanlar üstünlük verir. Mütəxəssislər isə bildirir ki, axşam yeməyindən imtina insan orqanizmi üçün çox ziyanlıdır. 

Foodinfo.az tibbi mənbələrə istinadən xəbər verir ki, aclıq hissi varsa, az həcmdə yemək lazımdır.

Axşam yeməyinin meyvələrlə əvəz olunması da doğru hesab edilmir. Qeyd olunur ki, bu, arıqlamağa heç də kömək etmir.

“Əslində saat 18-dən sonra qida qəbul etmək olar. Nə ilə qidalanmağa gəlincə, axşamlar proteinlər, xüsusilə ət, toyuq, balıq, nişastasız, yəni kartof və qarğıdalıdan istifadə etmədən, pomidor-xiyar, kələm, göy-göyərtidən ibarət tərəvəzlər qəbul etmək olar. Hətta soyutma əti saat 20-yə qədər istehlak edəndə orqanizmdə heç bir problem yaranmır.

Çox vaxt kökəlməyi, çəki artımını və s. əsas gətirərək saat 18-dən sonra qida qəbul etmirlər. Bu da sağlamlıq baxımından düzgün deyil. Ona görə də gündəlik qida rejiminə qaydasında əməl etmək lazımdır ki, ciddi problemlər baş verməsin” – diyetoloqlar bildirir.