Ərzaq mağazasında istehlaka yararsız qida məhsulları aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H. Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Elçin Eldar oğluna məxsus “Maks market” ərzaq məhsullarının pərakəndə satışı mağazasında aparılmış yoxlama zamanı yararlılıq müddəti bitmiş, istehlaka yararsız bir sıra qida məhsullarının satışının həyata keçirildiyi aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.