Meymunçiçəyi virusundan ilk ölüm qeydə alındı

Nigeriyada meymunçiçəyi virusundan ilk ölüm qeydə alınıb.

Foodinfo.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, həyatını itirən şəxs müşahidə altında saxlanılan 40 yaşlı xəstədir.

Bundan əvvəl ölkədə meymunçiçəyi virusundan sonuncu ölüm 2019-cu ildə qeydə alınıb.