Bakıda restoranların dövriyyəsi 90% artıb

Bu ilin ilk 4 ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi kəskin artıb. Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 89.8% artaraq 270.8 mln. manat olub.

Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi bildirir.

Bildirilir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 170.9 mln. manat olub ki, bu da ümumi dövriyyənin 63.1%-ini təşkil edib.