AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şabranda 1 saylı körpələr evində uşaqlara verilən yeməklə bağlı məsələni nəzarətə götürüb.

Foodinfo.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib. Qeyd olunub ki, məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkədə Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməyinin görüntüləri müzakirələrə səbəb olmuşdu. İddia olunurdu ki, bağçada uşaqlara az miqdarda qida və çörəyin üzərində peçenye verilir. Təhsil Nazirliyi  məsələnin araşdırıldığını və nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlamışdı.