Ürəyin dayanmasına səbəb olan su

Hər gün bir insan hər kiloqram bədən çəkisinə görə 30 millilitrdən çox su içməməlidir. 

Foodinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə terapevt Nadejda Çernışova danışıb.

Onun sözlərinə görə, çəkisi 70 kiloqram olan insana gündə 2,1 litr maye lazımdır. Bu zaman hətta şorba və kompotlar da nəzərə alınır. Çernışova həmçinin bədəndə ödemin su səbəbilə meydana gəlməsi ilə bağlı yayılmış fikri də təkzib edib. Bunun baş verməsi üçün çox maye içmək lazımdır. O, eyni zamanda xəbərdarlıq edib ki, həddindən artıq su bədəndə duzların konsentrasiyasını pozduğu üçün təhlükəlidir və bu, ürəyin dayanmasına qədər xoşagəlməz nəticələrə səbəb ola bilər.

“Adekvat miqdarda su şişkinliyə səbəb olmayacaq – bu, yalnız böyrək çatışmazlığı olan insanlara aiddir, çünki böyrəklər yaxşı işləmir və həcmini emal etməyə vaxtları yoxdur. Sağlam insan su içməlidir ki, ödem olmasın”, – həkim izah edib.