Keyfiyyətli çay 2 dəhşətli xəstəliyin dərmanıdır

Demensiya və onkologiyadan yayınmaq üçün hər gün əla keyfiyyətli qara çay içmək lazımdır.

Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu funksional diaqnostik həkimi Mixail Petrik deyib.

“Çay təmiz, təbii, qatqısız olmalı, onu qaynar içmək olmaz. Statistikaya görə, sistematik olaraq çay içənlərdə insult təhlükəsi 20-30% azalır.

Bu içki çox sayda antioksidant daşıyır, o sərbəst radikalları zərərsizləşdirir. Bunlar isə orqanizmdə iltihabı və xərçəng hüceyrələrini aktivləşdirir, DNT-ni zədələyir. Ona görə onları hər an zərərsizləşdirmək lazımdır.

Qida borusunun selikli qişasını zədələməmək üçünsə çayı qaynar içmək olmaz.

Çayı axşam 6-dan sonra içməyin, çünki bu saatdan sonra orqanizmə sakitlik lazımdır, gümrahlıq yox.