AQTİ ilə İtaliyanın Milli Sağlamlıq İnstitutu arasında görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə İtaliyanın Milli Sağlamlıq İnstitutu (ISS) arasında videogörüş keçirilib. Görüş institutların fəaliyyəti ilə bağlı qarşılıqlı tanışlıq və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Foodinfo.az-ın məlumatına görə, görüşdə AQTİ-nin fəaliyyət istiqamətləri, o cümlədən institutda aparılan elmi-praktiki araşdırmalar, tədqiqat işləri, laboratoriyaların iş prinsipləri və s. barədə ətraflı məlumat verilib. Daha sonra qarşı tərəf İtaliyanın Milli Sağlamlıq İnstitutunun fəaliyyətinə dair təqdimatla çıxış edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Görüşdə AQTİ tərəfindən prioritet istiqamətlər nəzərə alınmaqla, əməkdaşlıq üçün maraqlı olan hədəflərin müəyyən edilməsi və qarşı tərəfə göndərilməsi barədə razılıq əldə olunub. Eyni zamanda əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.