AQTA əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Agentliyin rəsmi heyəti Fəxri xiyabana gələrək, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Agentlik rəsmiləri tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.