AQTİ mütəxəssisləri tərəfindən “Neptun” Supermarketlər şəbəkəsinə məsləhət xidmətləri göstərilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinə peşəkar qiymətləndirmə və konsaltinq xidmətinin həyata keçirilməsi üzrə mütəmadi tədbirləri davam etdirir. Xidmətin həyata keçirilməsində məqsəd ölkəmizdə fəaliyyət göstərən müəssisələrin beynəlxalq standartlara, həmçinin yerli qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıdır.

Foodinfo.az-ın məlumatına görə, bu istiqamətdə növbəti tədbir “Sahil Trading” MMC-nin müraciəti əsasında “Neptun” Supermarketlər şəbəkəsinin Binəqədi filialında keçirilib. Məsləhət xidmətinin gedişində AQTİ-nin peşəkar mütəxəssisləri tərəfindən fililala baxış keçirilib, müəssisə əməkdaşlarına sanitar-texniki, sanitar- gigiyenik normalar, məhsul qəbulu, saxlama, satış, tullantıların idarəedilməsi, işçilərin tibbi yoxlanışları, müəssisənin strukturu, ərzaq dövriyyəsi, kimyəvi dərmanlanmadan istifadə və s. kimi mövzular ətraflı izah olunub. Həmçinin müəssisəyə qarşı ölkədaxili minimum tələblərdən əlavə, HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sistemi) kimi beynəlxalq standartlara uyğun fəaliyyət üzrə tövsiyələr verilib.

Diskussiya şəraitində keçən təlimdə market əməkdaşlarının sualları cavablandırılıb.