40 yaşdan sonra ana olanların nəzərinə

Reproduktoloq Pavel Bazanov həm kişilərdə, həm də qadınlarda reproduktiv funksiyanın azalmağa başladığı yaş dövrünü açıqlayıb. 

Foodinfo.az xəbər verir ki, ekspert bu barədə “Вечерней Москвой” nəşrinə danışıb.

O vurğulayıb ki, 40 yaşdan sonra ilk dəfə valideyn olan cütlüklərin sayı son illərdə artmaqdadır.

“Tibb nöqteyi-nəzərindən qadınlarda reproduktiv funksiyanın pik həddi 44, kişilərdə isə 55-57 yaşda olur. Sonra kişi və qadın cinsiyyət hüceyrələrinin keyfiyyəti aşağı düşməyə başlayır. Odur ki, 50 yaşdan sonra uşaq dünyaya gətirmək kifayət qədər problemli olur”, – deyə Bazanov qeyd edib.