“Yeni Günəş” restoranı cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il aprelin 14-də ölkə üzrə 202 ictimai iaşə obyektində 381 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Gəncə şəhəri, Xülfü Hacıyev küç., ev 109 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Ələsgər Ələkbər oğluna məxsus “Yeni Günəş” restoranı

2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 174 ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Faxrəddin qızına məxsus “Kolorit” kafesi;

3. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küç., ev 154,156,158 ünvanında yerləşən, fiziki şəxs Şabanov Elçin Yavər oğluna məxsus restoran.

AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.