Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib

“Dünyada “Kinder” məhsullarının (“Kinder” yumurtaları və digər məhsullar – “Report”) yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Söhbət Belçikada istehsal olunan “Kinder”in 6 növündən söhbət gedir”.

Foodinfo.az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib:

“Onlar bizim tərəfimizdən ekpertiza olunub. Onların tərkibində salmonella bakteriyası aşkar edilməyib. Hazırda şəbəkələrdə görünən məhsullar o kateqoriyaya aid deyil”.