Səhiyyə naziri: “Azərbaycanda “Omikron” ştamına yoluxmalar artır”

Azərbaycanda koronavirusun “Omikron” ştamı ilə bağlı son vəziyyət açıqlanıb.

Foodinfo.az-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da “Omikron” ştamına yoluxmalar artır.

Eyni zamanda nazir ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualı da cavablandırıb.

“Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur”, – o vurğulayıb.