“Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda illik 200 min tona yaxın buğda götürə bilər”

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda illik 200 min tona yaxın buğda götürmək mümkündür.

Foodinfo.az xəbər verir ki, “Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür”, – İ.Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, ermənilər Qarabağ və Şərqi Zəngəzurun işğalı dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər.

Əliyev qeyd edib ki, hazırda azad edilmiş torpaqlarda iri vəsaitlər cəmlənib, özəl şirkətlərə təlimatlar verilib, fermerlərə göstərişlər verilib, əkin işlərinə başlanılıb.

“(…) biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq. Kiçik fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Bu işi də təkmilləşdirməliyik”, – İ.Əliyev vurğulayıb.