Dünyanın ilk dəvə hoteli açıldı

Səudiyyə Ərəbistanında dünyanın ilk dəvə hoteli açılıb.

Foodinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, otel altıncı Kral Əbdüləziz Dəvə Festivalı zamanı heyvanların saxlanmasına və baxımına xidmət edəcək.

Otel Ər-Riyadda (paytaxt) yerləşir və dəvələr üçün bütün beşulduzlu xidmətləri göstərən 120 otağa malikdir: dəvələrə diqqət yetirilir və mühafizə olunur, həmçinin, xüsusi qidalandırılır və tövlələrdə istiliyə nəzarət olunur. Heyvanlar əvvəlcə müayinədən keçirilir, sonra onlar öz “otaqlarına” gedirlər. Dəvə üçün oteldə gecələmək təxminən 110 dollara başa gəlir.

40 gün davam edəcək altıncı dəvə festivalı dekabrın 1-də Ər-Riyadda başlayıb və Fars körfəzi, ABŞ, Avstraliya, Fransa və Rusiyadan olan dəvə sahibləri və həvəskarlarını bir araya gətirib. Festivala hər gün dünyanın hər yerindən 100 mindən çox ziyarətçi gəlir. Tədbirin məqsədi Səudiyyə Ərəbistanı bədəvilərinin adət-ənənələrində və irsində dəvənin rolunu qorumaqdır.