Pomidorda virus xəstəlikləri və onlara qarşı mübarizə üsulları ilə bağlı məlumatlar veriləcək

12 yanvar 2022-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.

Foodinfo.az xəbər verir ki, “Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir.

Budəfəki buraxılışda pomidor bitkisinin karantin tətbiq edilən virus xəstəlikləri və onlara qarşı mübarizə üsulları ilə bağlı zəruri məlumatlar izləyicilərin diqqətinə çatdırılacaq.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin mütəxəssisi Aysel Səlimovaya ünvanlaya bilərsiniz.

Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.