Bu qidalar xərçəngə səbəb olur

Bəzi qidalar gün ərzində 2-3 dəfə masamızda və menyumuzda olur. Alimlər insanların hər gün yediyi və xərçəng riskini artıran 3 qidanı açıqlayıb.
Foodinfo.az həmin qidaları təqdim edir. Bir çoxları bunları səhər yeməyində qəbul edir ki, bu daha da təhlükəlidir.
– Dağ edilmiş yağda qızardılmış ət və ət məhsulları
Bu qidaların tərkibində 2A sinfindən olan kanserogen maddə olur. Bunlara yağda bişmiş perojki, hamburger, toyuq qanadları, yağda qayğanaq aiddir.
– Şoraba, turşu
A2 sinfindən kanserogen siyahısına daxildir. Marinadlaşdırılmış, konserv tərəvəzlər mədədə zülalla, ətlə qarışanda nitrozamin adlı kanserogen maddə əmələ gəlir. Şorabaları ətlə yeməyin, onları ayda 1-2 dəfə yesəniz kifayət edər.
 
– Termiki işlənmiş, hisə verilmiş ət
Kolbasa, bekon, vetçina, sosis, hisə verilmiş toyuq, ət, konservlər – nitrit natriylə zəngindir. 1-ci dərəcəli kanserogen maddələrdir.