“Azza”nı qarət etdilər

Bakıda məşhur mağaza qarət olunub.

Foodinfo.az Lent.az-a istinadən xəbər verir, hadisə paytaxtın Xətai rayonu, Zığ yolunda yerləşən “Azza” şirniyyat mağazasında qeydə alınıb. Mağazaya daxil olan naməlum şəxslər kassadan xeyli miqdarda pul aparıblar.

Mağaza sahibi baş verən oğurluqla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə ərizə ilə şikayət edib. Daxil olan şikayət əsasında araşdırmalar başlanıb.