Ölkədə meyvə-tərəvəzin qiyməti nə qədər artıb?

Noyabr ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının topdansatış qiymətləri açıqlanıb.

Foodinfo.az Oxu.Az-a istinadən əvvəlki aya (oktyabr) və 2020-ci ilin müvafiq dövrünə (noyabr ayına) nəzərən qiymətlərin dəyişməsini təqdim edir.

Noyabr ayı ərzində meyvələrdən yerli xurmanın, əzgilin, korolyokun və naringinin qiyməti azalıb. Digər meyvələrin qiymətləri isə aylıq müqayisədə sabit qalıb.

Tərəvəzlərdən Tovuz kartofunun, sarı soğanın və xiyarın qiyməti artıb. Gədəbəy kartofunun, kələmin, qırmızı soğanın və pomidorun qiyməti aylıq müqayisədə azalıb. Ay ərzində digər tərəvəzlərin qiymətləri sabit qalıb.

Noyabr ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya nisbətən dəyişməsi (manatla):

 

Ötən ilin noyabr ayı ilə müqayisədə 2021-ci ilin noyabr ayında meyvələrdən alma, nar, üzüm, qoz, fındıq, armud, heyva, korolyok, xurma, limon və əzgilin qiyməti azalıb. Naringi, feyxoa, şabalıdın qiyməti isə artıb.

İllik müqayisədə tərəvəzlərdən kartofun, kələmin, gül kələminin, sarı soğanın, xiyarın, çuğundurun və yaşıl bibərin qiyməti artıb. Pomidor, balqabaq, qırmızı soğan, yerkökü, sarımsaq və qırmızı bibərin qiyməti azalıb.

Kənd təsərrüfatı məhsullarının 2021-ci ilin noyabr ayındakı topdansatış qiymətinin ötən ilin müvafiq ayına nisbətən dəyişməsi (manatla):