Kimya terapiyasının təsirini azaldan bitki aşkar olunub

Kopenhagen Universitetinin alimləri bu nəticəyə gəliblər ki, Avstraliya aborigenlərinin təbii dərman kimi istifadə etdiyi bitki xərçəngin müalicəsini daha effektiv edə bilər.

Foodinfo.az xəbər verir ki, professor Dan Starkın sözlərinə görə, yeni araşdırma zamanı bir qrup elm adamı “Eremophila galeata” adlı bitkinin kimyəvi tərkibini təhlil edib və onu xərçəng hüceyrələri üzərində sınaqdan keçirib.

Eksperiment zamanı mütəxəssislər xərçəng hüceyrələrinin aqressiv onkologiya növlərinin müalicəsində istifadə edilən irinotekan preparatına qarşı müqavimət göstərə bilən təbii mənşəli maddə müəyyən ediblər.

Gələcəkdə alimlər bu maddəni bir qrup xəstəyə verməyi planlaşdırırlar.