Şabranda çay evlərinin sahibləri saxlanılıb

Şabranda karantin rejimi qaydalarını pozan çay evlərinin sahibləri saxlanılıb.

Foodinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evlərinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərmələri aşkar edilib.

Obyektlərin sahibləri rayon sakinləri Nicat Orucov və Elmar Şərifov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib.

Çay evində olan digər şəxslər barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.