“TikTok”dan yemək sifarişi xidməti: “TikTok Kitchen”

“Tiktok” ABŞ-da “TikTok Kitchen” brendi altında mindən çox restoran açmağı hədəfləyir.

“TikTok” yemək videolarındakı ləzzətləri həqiqətən sifariş edilə bilən yeməklərə çevirəcək yeni xidmət təqdim etməyə hazırlaşır. Gələn ilin sonuna qədər mindən çox restoran açmağı planlaşdıran “TikTok” mart ayında 300 məkanla təşəbbüsə başlayacaq.

Restoran layihəsinin “TikTok” yeməklərini sevənlərə çatdırmaq üçün kampaniyadan ibarət olduğunu bildirən şirkət bunun restoran biznesinə girmək cəhdi olmadığını bildirir. Şirkət bu kampaniyanın nə qədər davam edəcəyi, sifariş prosesi və ya menyu elementlərinin necə seçiləcəyi ilə bağlı əlavə təfərrüatları hələ paylaşmayıb.

“TikTok Kitchen”dan əldə olunan gəlir platformada məzmun yaradıcılarına dəstək üçün istifadə olunacaq.