Balıq yağı heç bir xəstəliyi sağaltmır

Balıq yağı adı ilə satılan BAD-lar, qida əlavələri, Omeqa 3 psixi pozulmalar, ürək xəstəlikləri, depressiya və sinir problemlərində müalicəvi təsir etmir.
Bu nəticəyə Harvard universitetinin tibb məktəbinin alimləri gəlib.
Omeqa 3 ilə zəngin dəniz balığı yağı depressiya, Alsgeymer və ürək xəstələrində heç bir müsbət təsir yaratmayıb. Əksinə depressiv vəziyyət daha da dərinləşib.
Professor Oliviya Okereke 18 min nəfər kişi və qadının tibbi məlumatlarını analiz edib.
Onlar 2 qrupa bölünüb. Bir qrupa Omeqa 3lə zəngin qida əlavəsi və ya 1 qram balıq yağı verilib, digər qrupa isə plasebo verilib.
Nəticələrin heç birində Omeqa 3-ün yaşlılarda müalicəvi təsiri sübut olunmayıb.
Psixi sağlam insanların balıq yağını və Omeqa 3-ü hətta profilaktik məqsədlə də qəbul etməsi əhəmiyyətsizdir.
Balıq yağı iltihabi proseslərin qarşısını almaq üçün profilaktik məqsədlə sağlam insanlar tərəfindən qidaya əlavə olaraq qəbul edilə bilər. Lakin onlar müalicə vasitəsi deyil.
Mənbə: Medicina.az