Bu il 1 mln. tondan çox kartof yığılıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 039,3 min ton kartof istehsal olunub.

Foodinfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,4% artıb.

Hesabat dövründə ölkədə 56,1 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,4% azdır.

Bununla yanaşı, cari ilin 11 ayında kartof yığımında məhsuldarlıq 185 sentner təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisindən 7 sentner və ya 3,9% çoxdur.