Yeni Zelandiyada minlərlə litr pivə kanalizasiyaya axıdılacaq

Yeni Zelandiyada pivə zavodu təxminən 7000 litr pivəni kanalizasiyaya tökərək utilizasiya etmək qərarına gəliblər.

Foodinfo.az xəbər verir ki, Vestport pivə zavodunda istehsal edilən pivə çənlərdə və çəlləklərdə saxlanılırdı. İstehsalçı aksiz vergisini (tütün, yanacaq və alkoqol üçün vergi forması) ödəyə bilmədiyi və alıcı tapa bilmədiyi üçün içkini utilizasiya etməli olur. Yerli çirkab sutəmizləyici qurğular bu həcmdə sənaye tullantılarının öhdəsindən gələ bilmədiyi üçün utilizasiya bir neçə həftə çəkəcək.

Pivə zavodunun 41 min dollar gömrük borcu var, həmçinin kreditorlara 181 min dollardan çox ödəməyə borcludur. Şirkətin əsas sahibi kanadalı iş adamıdır.